İraq müxalif kürdləri İrana təhvil verəcək
21.10.2026

Bağdad, İraqın Kürdüstan bölgəsində yerləşən İran kürd müxalifət qruplarını ölkədən çıxarmağa hazırdır.

Bunu İranın İraqdakı səfiri Məhəmməd Lazim Al-i Sadiq deyib.

"Bağdad həmin qruplaşma üzvlərini Tehrana təhvil verməyə də razılıq verib",- o əlaə edib.

Səfirin bu açıqlaması İranın Kürdüstan bölgəsindəki İran kürd müxalifət qruplarının mövqelərinə raket və pilotsuz təyyarə hücumlarını davam etdirməsi ilə eyni vaxta təsadüf edir.

Qeyd edək ki, İran mətbuatının yazdığına görə, bir müddət əvvəl İran və İraq arasında təhlükəsizlik müqaviləsi çərçivəsində silahlı və separatçı qruplarla əlaqəli bir sıra kanal adminləri İraq Kürdüstan Bölgəsi ilə əməkdaşlıq çərçivəsində İrana təhvil verilib.

SEPAH-a bağlı "Saberin News"da məsələ ilə bağlı məlumat yayıb:

"Təhlükəsizlik müqaviləsinin icrasının davam etdirilməsi çərçivəsində digər ünsürlər də İrana təhvil veriləcək",- məlumatda bildirilib.

visiontv.az