Son iki müharibə dövründə İranın 80-ə yaxın sərnişin təyyarəsi hədəf alınıb və onlardan 40-a yaxını məhv edilib.
Bunu İran Hava Yollarının baş direktoru Tahir Abdullahi deyib.
"Ehtiyacımız olan 1,000 təyyarə əvəzinə cəmi 350 təyyarəmiz var. Bu təyyarələrin isə yalnız 130-140-ı uçur",- o əalvə edib.
Bu açıqlamalar xarici marşrutların getdikcə məhdudlaşdığı, hissələrin alınmasının çətinləşdiyi və iranlıların xarici səyahətlərində fasilələr yaşadığı bir vaxta təsadüf edir.
ABŞ-ın aviaşirkətlərə və onların xidmət təminatçılarına qarşı tətbiq etdiyi sanksiyalar, müharibə ziyanı, yığılmış borclar və idarəetmə problemləri İranın aviasiya sənayesində böhran yaradıb.
visiontv.az