İstanbulda TDT-a üzv dövlətlərin Media və İnformasiya üzrə İşçi Qrupunun 9-cu iclası öz işinə başlayıb
13.05.2022

13 may 2022-ci il tarixdə İstanbulda Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Qismət Gözəlovun sədrliyi ilə təşkilatın Media və İnformasiya üzrə İşçi Qrupunun 9-cu iclası öz işinə başlayıb.

İclasda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov da iştirak edir.

İclas zamanı TDT-a üzv dövlətlərin Media və İnformasiya sahəsi üzrə məsul nazirlərin və yüksək vəzifəli rəsmilərinin sabah, 14 may 2022-ci il tarxidə keçiriləcək 4-cü Toplantısının gündəliyində olan məsələlər müzakirə olunacaqdır.

visiontv.az