İsraildə İran casusu həbs edilib
03.07.2026

İsraildə Rusiya pasportuna sahib bir Tacikistan vətəndaşı İslam Respublikasına casusluq etmək və İsraildəki casusluq şəbəkələrinə başqa insanları cəlb etməyə cəhd etmək ittihamı ilə həbs edilib.

Bu haqda İsrail polisi, Şin Bet və İsrail Müdafiə Nazirliyinin yaydığı birgə bəyanatda bildirilib.

Bu qurumların məlumatına görə, Behruz Saberqun 2026-cı ilin yanvar ayından bəri İslam Respublikası ilə əlaqə saxlayıb və ona həvalə edilən fəaliyyətlərin əksəriyyəti İslam Respublikası ilə son müharibə zamanı həyata keçirilib.

"Saberqun müharibə zamanı İslam Respublikasına "əməliyyat uğurları" qazanmağa və İsrailə qarşı məqsədlərini irəlilətməyə kömək etməyə çalışıb",- İsrailin bu qurumların birgə bəyanatında deyilir.

Bəyanata görə, o, əvvəlcə "normal iş təklifi" ilə işə götürülüb, ancaq başqa tərəfin İslam Respublikası agenti olduğunu başa düşdükdən sonra əməkdaşlığa davam edib.

İsrail rəsmiləri bildiriblər ki, Saberquna İranın endirdiyi raket zərbələrinin yerlərini qeydə almaq və göndərmək, Təl-Əvivdəki Azril Qüllələrinin koordinatlarını əldə etmək, Hayfa limanının şəklini göndərmək və İsrailin şimalındakı həssas təhlükəsizlik obyektinin şəklini çəkmək kimi missiyalar həvalə edilib.

visiontv.az