Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
02.11.2026

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi  Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.

O, dövlət başçısı İlham Əliyevə və  Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanın təbrikini çatdırıb. Təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli qardaşım, Cənubi Koreyaya səfərim zamanı qardaş  Azərbaycanın hava məkanından keçərkən öz adımdan və nümayəndə heyətim adından Zati-alinizə və  Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyinə güclü inamımı bir daha bildirmək istəyirəm. Qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə  Zati-alinizi və qardaş  Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, Azərbaycana davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram".

visiontv.az