İraq və Suriya hava məkanlarını bağladılar
08.06.2026

İsrail və İran arasında qarşılıqlı zərbələr səbəbindən hava məkanının müvəqqəti bağlandığını elan edən İraq və Suriyanın səmalarında hazırda heç bir təyyarə uçuş həyata keçirmir.

Bu barədə  "Flightradar24"  portalının məlumatlarına istinadən  "RIA Novosti" məlumat yayıb. Bununla belə öz hava məkanını bağladığını bildirən İsraildən hazırda üç təyyarə, o cümlədən Budapeşt və  Afinaya uçan reyslər havaya qalxıb. Digər bir layner isə Hayfadan Eylata doğru hərəkət edir, lakin təyyarələrin kütləvi cəmləşdiyi İordaniya hava məkanının yaxınlığında uçuşlar davam edir.

İyunun 8-nə keçən gecə İran tərəfindən İsrailə atılan raketlərdən sonra İraq hökuməti ölkənin hava məkanının üç gün müddətinə bağlandığını elan edib. Agentlik yazır ki, Suriya tərəfi Dəməşq  hava limanının, o cümlədən şəhər səmasında İran raketlərinin zərərsizləşdirilməsi nəticəsində baş verən partlayışlara görə 12 saat ərzində reysləri qəbul etməyəcəyini və yola salmayacağını bildirib.

visiontv.az