NATO qırıcıları Latviya üzərində PUA-nı vurub
08.06.2026

NATO-nun Baltik ölkələri Hava Məkanında Patrul Xidməti üzrə missiyasının tərkibində Fransa Hərbi-Hava Qüvvələrinin qırıcı təyyarələri Latviya səmasında pilotsuz uçuş aparatını (PUA) vurublar.

Bu barədə Latviya Milli Silahlı Qüvvələrinin "X" hesabında məlumat verilib.

"Müttəfiqlərin qırıcıları Latviya hava məkanına daxil olan dronu uğurla vurub", - deyə məlumatda bildirilib.

Hazırda respublikada hava hücumu xəbərdarlığı ləğv edilib.

Qeyd edək ki, daha əvvəl Latviya Milli Silahlı Qüvvələri Baltik respublikasının hava məkanına təhlükə olduğunu bildirmiş və sakinləri təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırmışdı.

visiontv.az