İranlı nazir hökumətin uğurundan danışıb: "Bu gün ölkədə ümumi tualet probleminin çox faizi həll olunub"
03.07.2024

Bu gün ölkədə ümumi tualet probleminin çox faizi həll olunub və bununla bağlı bizə xaricdən zənglər gəlir.

Bu sözləri İranın mədəni irs naziri İzzətullah Zərğami nazirlər kabinetinin iclasında deyib.

Onun sözlərinə görə, bir sıra dünya ölkələri İranın bu istiqamətdəki təcrübəsindən istifadə etmək istədiklərini bildiriblər.

"Bu sizin üçün zarafat kimi səslənə bilər, ancaq bütün dünya ölkələrində ümumi tualet çox əhəmiyyətli problemlərdən biridir",- Zərğami bildirib.

Qeyd edək ki, İranda ümumi tualet sayı az, məscid sayı çox olduğuna görə, vətəndaşlar məscidlərin tualetlərindən istifadə etməyə məcbur olurlar.

Bu, bir sıra din xadimlərinin narahatlığına səbəb olub, onlar vətəndaşların ibadət üçün deyil başqa ehtiyaclarını ödəmək üçün müqəddəs məkanlara girmələrini qınayıblar.

Narazılıqların artmasından sonra hakimiyyət ümumi tualetlərin inşası ilə bağlı yeni layihələr həyata keçirməyə başlayıb.

visiontv.az