İnsanlar və Çiçəklər
06.07.2024

Düşünürəm ki, insanlar güllər, çiçəkələr kimidir. Hamısı uzaqdan, bəzisi hətta yaxından yaxşı, gözəl görünür. Amma təmasda olanda, yaxından tanıyanda, əlinə tikan batanda səhv etdiyini başa düşürsən. Mən də bu barədə danışmaq istəyirəm...

İnsanlar var ki, kaktus çiçəyi kimidir, dərhal diqqəti cəlb edir. Uzaqdan gözəlliyi, yaxından ətri adamı valeh edir. Amma qoxulayanda, əl vuranda əlinə, üzünə tikan batır. Bu gözəlliyin sadəcə olaraq, yalan, bəlkə də tələ olduğunu hiss edirsən. Hətta belə adamların yaxasından "Yaxın gəlməyin, dişləyir" lövhəsi asmaq istəyirsən...

Adam da var, qızılgül kolu kimidir, görməmək mümkün deyildir. Çiçəyinin gözəlliyi, ətri aləmi valeh edir. Yaxınlaşmaq, çiçəyini qoxulamaq, dərib yaxadan asmaq olar. Amma həmişə ehtiyatlı olmaq lazımdır, adi bir ehtiyatsızlıq əlinizi qanada, hətta paltarınızı cıra bilər. Təbii ki, bunların da yaxasında "Ehtiyatlı olun, təhlükəlidir" lövhəsi çatmır.

Adam da var, bənövşə kimidir. Çəpərin dibində, otların içində bitir, bəzən hətta daşların altında gizlənir. Gözəlliyi qışqırmır, ətri səsini çıxarmır, yaxınlaşmasan hətta görməzsən. Amma görəndə, ətrini hiss edəndə, valeh olmaya bilməzsən. Hələ cavanları demirəm, mən özüm də hər il kənddə bənövşədən bir dəstə bağlayıram, "taıisman" kimi gələn yaza saxlayıram. Dostların ad günündə onlara bağışlayıram...

Bəli dostlar, bənövşə kimi gözəl, amma gözə girməyən, ətirli, amma tikansız adamlar var. Sadəcə olaraq, onları axtarıb tapmaq, üzə çıxarmaq və dost olmaq lazımdır.

Qalib ARİF

visiontv.az