Prezident: Laçın Beynəlxalq Hava Limanı gələn il istifadəyə veriləcək
06.07.2024

Gələn il Laçın Beynəlxalq Hava Limanı istifadəyə veriləcək.

Visiontv.az APA-ya istinadən əbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək.