"OHO" oho necədür səənçün...
06.07.2024

Son on ildir Qərb fəlsəfəsində skekulativ realizm küləyi əsir. Süni intelektin ontologiyası çoxdan hazırdır. İnsanın "mən, mən" dediyi axmaq dövr çoxdan bitib, ən azından fəlsəfə olaraq bitib.

Yeni ontologiyanın adı OHO, yəni "obyekt hədəfli ontologiya" . Nə deməkdir bu? Şeylərin azadlığı deməkdir. Hətta ilk sınağını tətbiq etdilər. Yaponyada kuklalara subyekt haqqı tanındı. Papa belə itlərə vaftiz haqqı verdi. Şeylər əvvəlki şey deyildir və şey kimi deyildir. Kantın erası bitdi və maarifçilik gorbagor oldu.

OHO bir subyekt-obyekt bərabərliyi elan edir. Dünyada "idrak edən insan" təhakkümü sona çatır.

OHO-nun çox sayda peyğəmbər var. Ray Brassier, Quentin Meillassoux, Graham Harman, Levi Bryant, İain Hamilton Grant və b.

Nə deyəlim. OHO oho necədür səənçün.

Bir mətn şəkili ola bilər

Tarixçi Əkbər Nəcəf

visiontv.az