İranla qarşıdurmanın gərginləşdiyi bir zamanda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərq səmasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcılarının havada yanacaq doldurulmasını əks etdirən video yayımlayıb.
Paylaşılan görüntülərdə KC-135 tanker təyyarəsinin patrul uçuşu həyata keçirən F-35 qırıcılarına havada yanacaq ötürdüyü əks olunub.
CENTCOM paylaşımında bu əməliyyatın Yaxın Şərqdə ABŞ qüvvələrinin fasiləsiz fəaliyyətini və əməliyyat hazırlığını təmin edən rutin hava dəstəyi missiyalarının bir hissəsi olduğu vurğulanıb.
visiontv.az