ABŞ-nin Urmiya yaxınlığına endirdiyi zərbə nəticəsində bir neçə nəfər yaralanıb
20.07.2026

Qərbi Azərbaycan əyalətinin rəsmisinin verdiyi məlumata görə, ABŞ bazar ertəsi səhər tezdən Urmiya şəhəri yaxınlığındakı Silvanə bölgəsi ətrafına zərbə endirib, nəticədə bir neçə nəfər yaralanıb.

Qərbi Azərbaycan əyalətinin Böhranların İdarə Olunması Baş İdarəsinin rəisi bildirib ki, hücum bazar ertəsi səhər saatlarında Silvanə yaxınlığındakı bir ərazini hədəf alıb.

Xatırladaq ki, son günlər yayılan məlumatlarda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Urmiya şəhəri yaxınlığındakı ərazilərdən raketlər buraxdığı qeyd olunurdu.

visiontv.az