ABŞ Senatına Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə qanun layihəsi təqdim olunub. AzadlıqRadiosunun Rusiya xidməti yazır ki, qanun layihəsi əvvəllər mərhum respublikaçı senator Lindsi Qrem tərəfindən irəli sürülüb. Onun ölümündən sonra Senata sənədi demokrat konqresmen Riçard Blumental təqdim edib.
Bundan öncə sənədi 60 senator eləcə də respublikaçıların lideri Con Tun dəstəkləyib. Bu isə onun Senatda keçmə şansını artırıb. AzadlıqRadiosuna danışan respublikaçı senatorlardan birinin köməkçisi də onun Senatda keçmə şansının yüksək olduğunu deyib.
Yeni qanun layihəsi Rusiyanın ali siyasi və hərbi rəhbərliyinə, o cümlədə prezdent Vladimir Putinə, Rusiya banklarına, eləcə də Mərkəzi Bank, Sberbank, VTB və Qazprombanka həmçinin Rusiyanın müdafiə, enerji və nəqliyyat sektorundakı şirkətlərə sanksiyaların tətbiqini nəzərdə tutub. Sanksiyalar həmçinin Rusiyanın neftini, qazını, kömürünü, uranını və digər sanksiya altındakı məhsullarını daşıyan gəmilərə də aid ediləcək. Rusiyanın hərbi-sənaye komplekslərini tədarük edən xarici vətəndaşlar və şirkətlər də sanksiya altına düşəcəklər.
Layihəyə əsasən, ABŞ vətəndaşları və şirkətlərinə Rusiyanın iqtisadiyyatına investisiya qoyması və Rusiyanın dövlət borclarını alması tam qadağan ediləcək. Üstəlik, Rusiyanın neft və qazını alaraq Moskvanın sanksiyalardan yan keçməsinə kömək edən ölkələrin məhsullarına isə 100% tarif tətbiq ediləcək. Bütün bu sanksiyaların isə yalnız Rusiyanın müharibəni dayandırıb, Ukrayna hökumətinin dəstəklədiyi, sülh müqaviləsini bağlaması halında ləğvi nəzərdə tutulub.
visiontv.az