İran memorandum üzrə öhdəliklərin icrasını dayandırdığını bildirib
20.07.2026

İran Xarici İşlər Nazirliyi bildirib ki, Tehran Vaşinqtonla imzalanmış memorandum üzrə öhdəliklərini icra etməyi dayandırıb.

Nazirliyin sözçüsü İsmayıl Bəqayi deyib ki, İran yalnız qarşı tərəf də öhdəliklərinə əməl etdiyi təqdirdə razılaşmaya sadiq qalacaq.

"İran qarşı tərəf öhdəliklərini yerinə yetirdiyi müddətdə öz öhdəliklərinə sadiq qalıb. Qarşı tərəf öhdəliklərini icra etməyi dayandırdıqda, biz də öz öhdəliklərimizi yerinə yetirməyəcəyimizi bildirdik," – deyə Bəqayi bildirib.

Onun sözlərinə görə, hər iki tərəf öhdəliklərinə əməl etdiyi müddətdə razılaşma öz dəyərini qoruyur. Əks halda isə sənəd "sadəcə bir kağız parçasından ibarət olur."

visiontv.az