İranın molları niyə şiə Azərbaycanı yox, xristian Ermənistanı sevir?
İranın molları  niyə şiə Azərbaycanı yox, xristian Ermənistanı sevir?
13.11.2024 Elbəyi Həsənli Tərəfindən

“İran və Ermənistan maraqları 100 faiz üst-üstə düşən iki ölkədir. Dünyada ölkələrin maraqlarının bir-birinə bu qədər uyğun gəldiyi başqa nümunə tapmaq çox çətindir. Məsələn, dəhlizlərə gəlincə, bəzi ölkələr, sizin qonşu ölkələr Ermənistan ərazisindən keçməyə çalışırlar, lakin Ermənistanın ərazi bütövlüyünə hörmət etmək istəmirlər. Onlar dəhlizlər əldə edib onlara nəzarət etmək istəyirlər. İran bunun qeyri-mümkün və qəbuledilməz olduğunu söyləyən yeganə qonşu ölkə və yeganə dostdur”, - beynəlxalq əlaqələr üzrə mütəxəssis, Tehran ATU Universitetinin müəllimi və Qafqaz üzrə ekspert Ehsan Movahedian Ermənistan mətbuatına müsahibəsində belə deyib. O, xatırladıb ki, rəsmi Tehran Ermənistanla əlaqənin İran üçün həyati əhəmiyyət kəsb etməsinin fərqindədir.

Ekspert xəbərdarlıq edib ki, Türkiyə digər dövlətlərin dəstəyi ilə “Türk Dünyası” yaratmağa çalışır. Bu işdə yeganə maneə Ermənistandır: “Siz qədim tarixə sahibsiniz. Sizin sivilizasiyanız, əlifbanız var, siz dünyada ilk xristian ölkəsiniz. Siz dünyanın bu hissəsində unikalsınız. Onlar (yəni türklər) buna dözə bilmirlər. Biz görürük ki, sizin qonşu ölkələrdə bəzi qüvvələr sabitliyi pozmaq və hansısa yolla vəziyyəti dəyişmək istəyirlər. Onlar sizin sivilizasiyanızı məhv etmək istəyirlər”, - iranlı ekspert bildirib.

Biz deyəndə ki, fars şovinistləri türklə düşməndi bəzi yaramazlar yaxasın cırır ki, yox e, İran şiə ölkəsidir. Diqqət edirsizmi, Ermənistan mediası Ehsan Movahedianı iranlı ekspert kimi təqdim edir. Təbii ki, bir türk belə sərsəm şeylər deməz. Bu adam birbaşa fars şovinizminə bağlı birisidir. Açıq şəkildə türklərə düşməndir. Bu adamda şiə təəssübkeşliyi olsa, erməniləri dağ başına qaldırıb türkləri aşağılamaz ki...

Ehsan Movahedian açıq mətnlə deyir ki, Türkiyə Türk dünyasını birləşdirmək istəyir. Bu yolda Ermənistan yeganə maneədir. Əlbəttə, yalan deyir, Türk Dünyasının birləşməsinə qarşı çıxanlar arasında İranın molla rejimi başda gəlir. Bu sırada Rusiya da var. Qərb də bu birliyi öz varlığına təhlükə hesab edir...

Ancaq biz düşmənlərimizin müqavimətini gec-tez qıracağıq...

Ən pisi odur ki, Azərbaycanda hələ də erməniyə dost, türkə düşmən olan İran mollarına ehtiram göstərən yaramazlar var...

May be an image of 1 person, speaker, newsroom and text

Elbəyi Həsənli

visiontv.az