Lavuazyenin kəsilmiş başı
14.11.2024

Görkəmli fransız kimyaçısı Antuan Lavuazye (Antoine Lavoisier, 1743-1795) müasir kimya elminin atası sayılır. Başda “Kütlənin saxlanması qanunu” olmaqla Elmə bir sıra inqilabi yeniliklər gətirmişdir.

Fransa İnqilab komitəsi onu edam cəzasına məhkum edir. 51 yaşı vardı, boynunun gilyotində vurulmasını gözləyərkən yenə kitab oxuyurdu. Cəllad onu gilyotinə aparmağa gələndə Lavuazye səhifənin yerini unutmamaq üçün səhifələrin arasına ayrac (əlfəcin) qoyur.

Gilyotinə gedərkən Lavuazye riyaziyyatçı dostu Lagranjı (Joseph-Louis Lagrange, 1736-1813) yanına çağırır: "Başım səbətə düşəndə gözlərimə bax. İki dəfə yumub açsam, deməli, baş kəsildikdən sonra da beyin bir müddət düşünməyə davam edir" deyir.

Gilyotin başını üzür, səbətə düşür. Lavuazye təbəssüm edir və iki dəfə gözlərini qırpır. Lagranj hadisəni belə xatırlayır: "Lavuazyenin ömrünün son anında belə gerçəkləri araması əsrlər boyu davam edəcək bir elmi məşəldir. İnsanları eşitdiklərinə inanmamağa, düşünməyə dəvət edirəm".

İllər sonra Lagranj dostu haqda belə yazacaqdı:

“Başının kəsilməsi bir an sürdü; ancaq onun kimi birinin dünyaya gəlməsi üçün yüz illər belə kifayət etməyəcək”.

*Kütlənin saxlanması qanunu: Kimyəvi reaksiyaya daxil olan maddələrin kütləsi həmin reaksiyada əmələ gələn maddələrin kütləsinə bərabərdir.

İbrahim Nəbioğlu

visiontv.az