Xalq artisti Ağadadaş Ağayev məhkəməyə gəlib
14.11.2024

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən Ağadadaş Ağayevin və zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkən tərəfin vəkili məhkəmədə vəsatətlə çıxış edib.

Vəkil işin mahiyyəti üzrə olmadığını, ibtidai istintaqa qaytarılması, daha ağır ittihamlarla cinayət işinin açılmasını və Xalq artistinin barəsində həbs qətimkan tədbiri seçilməsini xahiş edib.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib.

Qısa müşavirə olub. Müşavirədən sonra hakim Xalq artistinin barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilmədiyini açıqlayıb. Digər vəsatət isə baxılmamış saxlanılıb.

Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.