İranın agentura şəbəkəsi daha qorxuludur, daha real təhlükədir ölkəmizə - Azər Ayxan
22.07.2021

Həmçinin Qərbin agenturası güclü işləyir Azərbaycanda. Biri din adı altında ölkəmizə soxulub, digəri demokratiya, insan haqları mövzusu ilə cəmiyyətdə özünə yer edib.

Hər iki istiqamət (din və demokratiya) cazibədardır, özünə kütləvi tərəfdar toplaya bilir.

"Azərbaycanda Rusiyanın 5-ci kolonu var" deyib, boşuna həyəcanlanırıq. Özümüz şişirmişik bunu. Rusiyanın adamları nə deyib, nə təklif edib özlərinə tərəfdar qazanacaq?

Azərbaycanda bir parlaq, sevilən, rəyinə hörmət qoyulan Rusiya tərəfdarı tapa bilərsinizmi? Lider sima göstərə bilərsinizmi? Yoxdur belə biri!

Amma İran və Qərb agentura şəbəkələrinin başında dayananların N qədər tərəfdarı var və onlar ictimai rəyə ciddi təsir göstərirlər.

Əksəriyyətini tanıyırıq.

Bəzən İran agentləri ilə Qərb agentləri maraqlarını, fəaliyyətlərini koordinasiya edirlər, lazım gəldikdə birləşirlər. Bunu dəfələrlə görmüşük.

Ona görə də Rusiyadan qorxmağa, ondan xoxan düzəltməyə gərək yoxdur. Cənuba və Qərbə diqqət edək...

Visiontv.az