Bu gün səhər saatlarından başlayaraq yenidən İranın 48 həbsxanasında saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.
Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.
Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.
Aclıq aksiyası 77-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.
Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bu günə kimi İranda 634 məhbus edam edilib, onların arasında siyasi baxışlarına görə öldürülənlər də var.
visiontv.az