İranda yeni epidemiya barədə xəbərdarlıq edildi
03.07.2024

Çox saylı fəsadlar törədən və ölümlə nəticələnən təhlükəli dang qızdırması xəstəliyi qarşıdakı iki ay ərzində epidemiyaya çevrilə və geniş yayıla bilər.

Bu barədə İran səhiyyə nazirinin müavini Hüseyn Fərşidi xəbərdarlıq edib.

O, hazırda Sistan və Bəlucistan, Hormozqan, Buşehr və Gilan əyalətlərində 138 nəfərin bu xstəliyə yoluxduğunu və bir neçə nəfərin həyatını itirdiyini deyib.

Bundan əvvəl İran səhiyyə naziri Bəhram Eynullahi də bu barədə xəbərdarlıq edib.

"Bu xəstəlik Aedes ağcaqanadının sancması nəticəsində yaranır və onun simptomları yüksək qızdırma, baş ağrısı, oynaqların sərtləşməsi, burun və diş ətindən yüngül qanaxma, aşağı təzyiqdir",- nazir bildirib.

visiontv.az