İranda yəhudilərə qarşı aksiya keçirilib
28.03.2024

İranda antisemitizm təbliğatı və fəaliyyətlərinin davamında hökumətə bağlı qruplar yəhudilərə qarşı aksiya keçiriblər.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Aksiya dünən axşam saatlarında Həmədan şəhərində keçirilib.

Yəhudilərin tarixi məkanlarndanolan "Əstər və Mərdxay" türbəsinin qarşısına toplaşan radikallar İsrail bayrağını yandırıb, yəhudilərə qarşı şüarlar səsləndiriblər.

SEPAH-a bağlı "Təsnim" xəbər agentliyi antisemitizm aksiyasını geniş işıqlandırıb və aksiyaçılara dəstək verib.

 Qeyd edək ki, İranda təxminən 110 min civarında yaşayan yəhudinin əksəriyyəti 1979-cu il inqilabından sonra ölkəni tərk etməyə məcbur olublar.

Hazırda İranda qalan təxminən 20-25 min civarında yəhudilərin bir qismi kimliklərini gizlətmək məcburiyyətində qalıb, başqaları isə davamlı təzyiq və ayrı-seçkilklə üzləşirlər.

Onların sərbəst yaşayış və işləmək hüquqları yox səviyyəsindədir.

visiontv.az