İranda silahlı şəxslər həbs edilib
19.11.2026

İran Kəşfiyyat Nazirliyinin məmurları Kürdüstan əyalətində 9 nəfəri həbs ediblər.

Bu haqda nazirliyi bəyanatında bildirilib.

Onların "Kürdüstan əyalətində separatçı qruplara üzvlük, silahlı hərəkətlər etmək və təhlükəsizlik mühitini yaratmaq üçün təşkilatlanmaq"da ittiham olunublar.

Kimliyi açıqlanmayna şəxslərdən odlu silahlar və 70 ədəd Starlink rabitə avadanlığı müsadirə edilib.

Kəşfiyyat Nazirliyi həmçinin bu qrupun xaricdə yaşayan əsas liderlərindən birinin həbs olunduğunu açıqlayıb. Açıqlamada regional kəşfiyyat xidmətinə rəhbərlik edən şəxsin Kamyaran şəhərində silahlı şəbəkə yaratmaqdan və ona rəhbərlik etməkdən məsul olduğu iddia edilib.

visiontv.az