İranda tanınmış türkmən motosikletçi Diana Bahadur təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində öldürülüb. Qonbəd Kavus şəhərindən olan 19 yaşlı Diana Bahadurun yanvarın 9-u gecə saatlarında Qorqan şəhərində güllələndiyi bildirilir.
Məlumata görə, Diana iki güllə yarası alaraq hadisə yerində həyatını itirib. Ailəsi onun cəsədini yalnız iki günlük axtarışdan sonra, yanvarın 11-də təhvil ala bilib.
Diana Bahadur sosial mediada fərqli üslubu, super motosiklet sürmə bacarığı və cəsarətli çıxışları ilə tanınırdı.
Bildirilib ki, Diananın ailəsi hazırda təhlükəsizlik orqanlarının ciddi təzyiqi altındadır. Dəfn mərasimi gizli keçirilib və ailədən qızlarının hökumət qüvvələri tərəfindən öldürüldüyü ilə bağlı məlumatları təkzib etmələri tələb olunub.
visiontv.az
Baş verənlərin formaşaldırdığı risklər və bəxş etdiyi şanslar: hansılar daha önə çıxacaq?