Körfəzin ərəb dövlətləri İranda sabitlik və rifahın tərəfdarıdır və bu ölkədə rejim dəyişikliyinin tərəfdarı deyilik.
Bunu "Doha Forumu 2025"in "Müdafiə, Təhlükəsizlik, Münaqişələrdə Vasitəçilik və Sülh Quruculuğu" adlı sessiyasında "İran və Regionun Dəyişən Təhlükəsizlik Mühiti" mövzusuna həsr olunmuş konfransda Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim əl-Bədəvi deyib.
Əl-Bədəvi görüşdə Körfəz Ərəb dövlətlərindən İrana bir sıra tələblər təqdim edərək onları "sadə və fundamental tələblər" adlandırıb.
Əl-Bədəvi Körfəz ölkələrinin 80 il ərzində dünyanın doqquzuncu ən böyük iqtisadiyyatına çevrildiyini və onların ÜDM-nin keçən il təxminən 2,4 trilyon dollar olduğunu qeyd edib.
visiontv.az