İranda qadınların motosiklet lisenziyasına yasaq tətbiq edildi
18.10.2024

İran rejimi qadınlara qarşı basqılarını hər keçən gün daha da sərtləşdirir. Bu dəfə rejimin hədəfi qadınların motosiklet sürmək hüququdur. İran Daxili İşlər Nazirliyi, qadınlara motosiklet lisenziyası verilməməsi ilə bağlı verdiyi açıqlamada, “qanuni öhdəliyimizin olmadığını” bildirərək, qadınların motosiklet sürməsini rəsmi şəkildə yasaqladı.

Bu açıqlama, tibb və nəşr sistemindəki sorğulara cavab olaraq verilib və qadınların sadəcə olaraq motosiklet lisenziyası almaq hüququnun belə tanınmadığını göstərir. İran rejiminin qadınlara qarşı illərdir davam edən basqısı bir daha özünü açıq şəkildə göstərir. Qadınların nəinki küçələrdə motosiklet sürmə, hətta sürücülük lisenziyası almaq haqqı da əllərindən alınır. Bu, rejimin qadınlara qarşı nə qədər düşmən münasibət bəslədiyinin bir başqa göstəricisidir.

Qadınların azadlığına qarşı tətbiq edilən bu məhdudiyyətlər, İran rejiminin qadınları sosial həyatdan təcrid etmək üçün atdığı addımlardan yalnız biridir. Qadınların geyimindən davranışlarına, indi isə nəqliyyat vasitəsi idarə etmələrinə qədər hər sahədə basqıya məruz qalması, rejimin qadın hüquqlarına nə qədər zidd olduğunun bariz nümunəsidir.

visiontv.az