İranda polis əməkdaşı öldürülüb
10.02.2026

İranın Kohgiluyə və Boyerəhməd əyalətinin Kəcsaran şəhərində polis zabiti Peyman Abbasi güllələnərək öldürülüb.

Bu haqda yerli media məlumat yayıb.

Onun naməlum silahlı şəxslərin hücumu nəticəsində həlak olduğu bildirilib.

İran hökumətinə müxalif media isə Peyman Abbasinin repressiyalarda xüsusi qddarlıq göstərdiyinə görə cəzalandırıldığını yazıb.

visiontv.az