İranda mövlud mərasimi: Husi nümayişi ilə “anti-Qərb konserti”
09.09.2025

İranın Amol şəhərində keçirilən hökumət mərasimi bu dəfə yalnız Məhəmməd Peyğəmbərin mövludu ilə yadda qalmadı. Dövlət mediasının və husilərə bağlı Əl-Məsirə telekanalının yaydığı görüntülərdə görünür ki, tədbirə Yəməndən gələn qonaqlar – “Ənsar Allah” hərəkatının rəsmiləri də qatılıb.

Mərasim rəsmi olaraq dini bayram adı altında keçirilsə də, məzmununa görə daha çox “ABŞ-İngiltərə-İsrail əleyhinə mitinq” ab-havası yaradıb. Tədbirdə səslənən şüarlar sanki bir klassik “anti-Qərb konserti”ni xatırladıb.

Nəticədə Amol şəhərində mövlud mərasimi dini ayindən çox, siyasi tribunaya bənzəyib: ziyarətgah əvəzinə tribuna, dua əvəzinə şüar, qonaq əvəzinə isə husi nümayəndələri.

visiontv.az