Sosial mediada yayılan görüntülərin yaxın zamanda İranın hansısa bölgəsində çəkildiyi iddia olunur.
Paylaşılan kadrlarda Mi-28NE tipli döyüş helikopterlərinin görünməsi diqqət çəkib. Bildirilir ki, əgər görüntülər həqiqətən İranda çəkilibsə, bu, İrana verilmiş ən azı iki ədəd Mi-28NE helikopterinin ABŞ zərbələrindən salamat çıxaraq döyüş qabiliyyətini qoruduğunu göstərə bilər.
Hazırda görüntülərin harada və nə vaxt çəkildiyi rəsmi şəkildə təsdiqlənməyib. İran və ABŞ tərəfi də yayılan məlumatlarla bağlı açıqlama verməyib.
visiontv.az

