Tramp: Dünyada Çinə qarşı ən sərt mövqe tutan liderəm
15.04.2026

Dünyadakı digər liderlərlə müqayisədə Çin məsələsində ən sərt mövqeni mən tuturam.

Bunu  ABŞ Prezidenti Donald Tramp "Fox Business"ə müsahibəsində deyib.

“Çinlə işləmək heç vaxt asan olmur, amma biz onlarla çox yaxşı münasibətdəyik. Mən dünyada Çinə qarşı ən sərt mövqe tutan liderəm. Çin avtomobillərinə 100% tarif tətbiq etmişəm və ölkədə heç bir Çin avtomobili yoxdur”, – ABŞ lideri qeyd edib.

Tramp fikir ayrılıqlarına baxmayaraq, Çin Xalq Respublikasının Sədri ilə münasibətlərinin yaxşı olduğunu vurğulayıb.

visiontv.az