"İsrailin Ermənistanda təsirini artırmaq cəhdləri ciddiyə alınmalıdır"
17.07.2026

Ermənipərəst mövqeyi və anti-Azərbaycan çıxışları ilə tanınan iranlı ekspert Ehsan Movəhhediyan "Tahririeh" saytında dərc olunan məqaləsində İsrailin Cənubi Qafqazdakı fəaliyyətlərini dəyərləndirib.

O iddia edib ki, İsrail son müharibələrdən sonra İranı təhlükəsizlik və kəşfiyyat baxımından mühasirəyə almaq məqsədilə qonşu ölkələrdə təsirini genişləndirməyə çalışır. Movəhhediyanın fikrincə, İsrail bu strategiya çərçivəsində indi Ermənistanda da uzunmüddətli təsir formalaşdırmağa cəhd göstərir.

Ekspert yazıb ki, İsrail erməni cəmiyyətində nüfuz qazanmaq üçün tarixi və mədəni yaxınlıq mövzularından istifadə edir.

Movəhhediyan hesab edir ki, bu cəhdlərin qısamüddətli nəticə verməsi ehtimalı az olsa da, xüsusilə gənc nəsil arasında uzunmüddətli perspektivdə təsir göstərə bilər.

Onun sözlərinə görə, İran Cənubi Qafqazda mövqeyini qorumaq istəyirsə, Ermənistanla əməkdaşlığını daha da gücləndirməlidir.

visiontv.az