İranda ət kreditlə satılır
09.02.2026

İranda media orqanları insanların alıcılıq qabiliyyətinin azalmasından sonra sosial mediada ətin hissəli ödənişlə satışı barədə məlumat verirlər.

"Eqtesad Online" saytının yazdığına görə, ölkədə güzəştli valyutanın ləğvi və ətin qiymətinin kəskin bahalaşmasından sonra bu məhsulun hissə-hissə satışı sosial mediada populyarlaşıb və bəzi reklamlarda ətin məbləğinin yarısı əvvəlcədən, qalan hissəsi isə iki ay ərzində ödənilməklə satılır.

visiontv.az