İranda daha üç etirazçı edam edildi
05.05.2026

İranın Məşhəd şəhərində yanvar etirazlarında həbs olunan üç məhbus edam edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, 25 yaşlı Mehdi Rəsuli, 21 yaşlı Məhəmmədrza Miri və İbrahim Dövlətabadi etiraz aksiyası zamanı "Bəsic" üzvünün öldürülməsində günahlandırılıblar.

Onlar həmçinin "Mossadla əməkdaşlıq" və "etirazlara rəhbərlik"də ittiham olunmuşdular.

"Onlar barəsində irəli sürülən ittihamların doğru olmadığını deyib, ancaq ağır döyüldükdən və işgəncə verildikdən sonra ittihamları qəbul etməyə məcbur edildilərini bildiriblər",- məlumatda məhkumların yaxınlarına istinadən qeyd olunub.

visiontv.az