İranda böhranın yeni üzü: Ət, düyü və yağ artıq soyğunçuların hədəfindədir
10.09.2026

İranda ərzaq qiymətlərinin kəskin artması oğurluqların xarakterinə də təsir edib. Ət, düyü, yağ və digər gündəlik ərzaq məhsulları artıq oğruların hədəfinə çevrilir.

IRNA xəbər agentliyi Kərəcdə bir qəssabın bəzi müştərilərin aldıqları əti diqqət çəkməmək üçün qara torbalarda apardıqlarını bildirib. Qəssab habelə bir yaşlı qadının ətinin əlindən alındığını bildirib.

Eyni zamanda, xəbər agentliyi başqa bir qadının oğurladığı ərzağı geyiminin altında gizlətdiyini yazıb. Yaxalanan qadın isə polislərə ifadəsində uşaqlarının aç olduğunu deyib.

Ərzaq oğurluqları yalnız mağazalardan xırda soyğunlarla məhdudlaşmır. İran polisinin məlumatlarına görə, bəzi mütəşəkkil oğru dəstələri də düyü və digər ərzaq məhsullarını hədəfə alır.

visiontv.az