İranda 5 məhbus edam edildi
23.05.2026

İranın Şiraz, Tehran və Türbət Heydəriyyə şəhərlərinin həbsxanalarında 6 məhbus edam edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onlardan dördünün qətl, birinin isə narkotik maddələrin alverində günahlandırıldığı bildirilib.

Qeyd edək ki, İran 2025-ci ildə ən azı 2159 nəfəri edam edib, bu da 1981-ci ildən bəri İranda qeydə alınan ən yüksək rəqəmdir.

Cari ildə isə onlarla siyasi məhbusun edam barədə məlumat verilsə də, edamların ümumi sayı barədə dəqiq açıqlamaverilmir.

visiontv.az