İranda 13 yaşlı yeniyetmə minaya düşdü
13.02.2026

İranın İlam əyalətinin Dehloran bölgəsində 13 yaşlı yeniyetmə minaya düşərək həlak olub.

Bu barədə əyalətin Təcili Yardım Mərkəzi məlumat yayıb.

Minanın İran-İraq müharibəsi dövründən qaldığı bildirilib.

Qeyd edək ki, ötən il İranda minaya düşən 20 nəfər həlak olub, 22 nəfər isə yaralanıb.

visiontv.az