Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb
21.09.2026

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova seçkilərində seçici iştirakının 59,32% təşkil etdiyini deyib.

Pamfilova bildirib ki, Vahid Rusiya, Rusiya Federasiyası Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası və Yeni İnsanlar partiyaları Dövlət Dumasının deputat siyahısı seçkilərində səslərin 95,45%-ni emal etdikdən sonra 5%-lik həddi keçiblər.

Onun sözlərinə görə, Ədalətli Rusiya Partiyası hələ də 5%-lik həddi keçmək şansına malikdir.

Pamfilova qeyd edib ki, Vahid Rusiya dumada 355 yerə sahib olacaq.

O vurğulayıb ki, seçkilərin yekun nəticələri 25 sentyabrda açıqlanacaq.

visiontv.az