Ukrayna ordusu Rusiyanın bir sıra mühüm hərbi texnika və obyektlərini vurub.
Bu barədə Ukrayna ordusunun Baş Qərargahı “Telegram”da məlumat yayıb.
Məlumata görə, Donetsk vilayətinin Pikuzı yaşayış məntəqəsi yaxınlığında Rusiya ordusuna məxsus 60 milyon dollar dəyərində “Kasta” radiolokasiya stansiyası vurulub.
Bundan əlavə, Donetsk vilayətinin Dniproenerhiya yaşayış məntəqəsi ərazisində Rusiya qüvvələrinin pilotsuz uçuş aparatlarının idarəetmə məntəqəsi, Rusiya ərazisinin Belqorod vilayətindəki Stary Xutor yaşayış məntəqəsi yaxınlığında isə hərbi qulluqçuların cəmləşdiyi poliqon vurulub.
visiontv.az
Azərbaycandan keçməklə İrandan Rusiyaya aparılan yükdə 80 kq-a yaxın marixuana aşkarlanıb