İranın Kiberməkan üzrə Ali Şurasının katibi Məhəmmədəmin Ağamiri bildirib ki, “Starlink” peyk rabitə sistemi hərbi məqsədlərlə istifadə olunacağı təqdirdə, Tehran üçün hərbi hədəfə çevrilə bilər.
Ağamirinin sözlərinə görə, İlon Maska məxsus sistemin terminallarından gələn siqnalları pozmağa imkan verən xüsusi texnologiya hazırlanıb və sınaqdan keçirilib. O, bu texnologiyanın İranda yanvar hadisələri zamanı tətbiq edildiyini və “Starlink”in fəaliyyətini məhdudlaşdırmağa imkan verdiyini açıqlayıb.
İran rəsmisi Tehranın sözügedən texnologiyanı müttəfiq ölkələrə ötürməyə hazır olduğunu da bildirib. O, hərbi məqsədlərlə istifadə edilən texnologiyaların müharibə vasitəsinə çevrildiyini əsas gətirərək, bu halda “Starlink” obyektlərinin hərbi hədəf sayıla biləcəyini deyib və Cenevrə Konvensiyalarına istinad edib.
visiontv.az