Sentyabrın 17-də Beyrutda peycerin partlaması nəticəsində İranın Livandakı səfiri Müctəba Amaninin bir gözü çıxıb, digər gözü isə ciddi zədələnib.
Bu barədə “New York Times” məlumat yayıb.
SEPAH rəsmiləri nəşrə bildiriblər ki, Amaninin xəsarətləri ilkin məlumatda deyildiyindən daha ciddidir və o, müalicə üçün Tehrana aparılacaq.
Qeyd olunur ki, Livandakı "Hizbullah" terror qruplaşmasının 1500-ə yaxın üzvü peycerlərin partlaması nəticəsində görmə qabiliyyətini itirib.
Qeyd edək ki, dünən Livanın paytaxtı Beyrutda rabitə cihazlarının partlaması nəticəsində 4 minə yaxın insan yaralanıb, 11 nəfər isə həlak olub.
visiontv.az