Fransa, Tehran nüvə proqramından imtina etməyincə İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyəcək.
Bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib.
“İran nüvə proqramından imtina etməyənə qədər sanksiyaların ləğvindən söhbət gedə bilməz”, – deyə Barrot BFM TV telekanalına müsahibəsində bildirib.
Barrot qeyd edib ki, nə İranın, nə də ABŞ-ın hərbi əməliyyatların yenidən başlamasında marağı var.
O əlavə edib ki, vəziyyət tam sakitləşdikdən sonra Fransa Hörmüz boğazının minalardan təmizlənməsinə kömək etməyə hazırdır. Lakin hərbi əməliyyatlar yenidən başladığı üçün Fransa Hərbi Dəniz Qüvvələri hələ bu əməliyyata başlamayıb.
Fransanın xarici işlər naziri həmçinin bildirib ki, Yaxın Şərqdə yerləşən Fransa hərbi bazalarının təhlükəsizliyi təmin olunub.
visiontv.az