ABŞ administrasiyası İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının Vaşinqtona təhvil verilməsini Tehranla mümkün razılaşmanın əsas şərti hesab edir.
ABC News-un adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Vaşinqton ABŞ hava zərbələrindən sonra nüvə obyektlərinin dağıntıları altında qaldığı bildirilən yüksək zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edir.
Mənbə bu materialı “nüvə tozu” adlandıraraq bildirib: “Ya İran nüvə tozunu bizə çatdırır, ya da bu materialın əbədi olaraq yeraltında qalmasını təmin edəcək ucuz hərbi seçimlərimiz var.”
Rəsminin sözlərinə görə, İran bu materialı təhvil verməkdən imtina edərsə, ABŞ-nin ixtiyarında hərbi, diplomatik və iqtisadi təzyiq vasitələri qalır.
visiontv.az