1945-ci il dekabrın 12-də Təbriz şəhərində elan olunmuş Seyid Cəfər Pişəvərinin rəhbəri olduğu Azərbaycan Milli Hökuməti Güney Azərbaycanda son 100 ildə baş vermiş ən mühüm siyasi hadisələrdən biri hesab olunur.
Azərbaycan Milli Hökuməti bir illik fəaliyyəti dövründə Azərbaycan dilində təhsil, savadsızlıqla mübarizə, Təbriz Universitetinin yaranması, torpaq islahatları, fəhlələrin hüquqlarının qorunması və qadınların kişilərlə eyni haqların verilməsi kimi mühüm işlər görülüb.
Sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökümət İran fars rejiminin əlilə 12 dekabr 1946-cı ildə süquta uğradıldı.
visiontv.az
