Ailələri və icmaları birləşdirən sosial ritual...
12.12.2025

UNESCO İtaliyanın milli mətbəxini "qeyri-maddi mədəni irs" kimi tanıyıb. Qurum səsverməni Nyu-Dehlidə keçirib. İtaliya bu prosesi 2023-cü ildə başladıb. Hökumət ölkənin qida mədəniyyətini ailələri və icmaları birləşdirən sosial ritual kimi təqdim edib.

İndusların Divali festivalı və İslandiyanın üzgüçülük hovuzu mədəniyyəti də UNESCO siyahısına salınıb.

İtaliya hökuməti ölkənin siyahıya salınmasına dəstək bəyanatında müxtəlif mədəniyyətləri əks etdirən rəngarəng mətbəxini təsvir edib. Baş nazir Corca Meloni deyib ki, "bu fərqləndirmə yalnız qürur duya biləcəyimiz bir uğurdur".

Sənaye qruplarının ehtimalına görə, UNESCO tərəfindən tanınma iki il ərzində turizmi 8 faizədək artıra, 18 milyon əlavə gecələməyə səbəb ola bilər.

UNESCO-nun "qeyri-maddi mədəni irs" siyahısında digər menyular da var: Fransanın bazar və bayram günlərini qeyd edən yüksək kulinariyası, Meksikada bir etnik azlığın dini ayinlərdə verilən yeməkləri, Koreyanın kimçi turşusu və Yaponiyanın vaşoku mətbəxi.

visiontv.az