İran Polis Komandanlığı media və sosial media fəallarına xəbərdarlıq müraciəti yayıb.
Bu barədə İran mediası məlumat verib.
Xəbərdarlıq müraciətində İbrahim Rəisinin helikopterinin qəzaya uğraması və helikopterdəkilərin həlak olmasıilə bağlı məlumatların dərcində diqqətli olmağa çağırılıb.
Bildirilib ki, yalnız rəsmi dövlət qurumları və mediasının yaydığı məlumatlara istinad edilməlidir.
Müraciətdə bundan qırağa çıxanlar cəzalandırılacaqları ilə təhdid ediliblər.
visiontv.az