İran mollasından maliyyə proqnozu: “Bank sistemi ilə inflyasiyanı cilovlamaq olmaz”
10.11.2025

Tehran şəhərinin müvəqqəti cümə imamı vəzifəsində çalışan Məhəmmədhəsən Əbuturabifərd cümə namazı xütbəsində ölkədəki bank sektorundakı problemlərə toxunaraq bildirib ki, hazırkı vəziyyət inflyasiyanın idarə olunmasına və iqtisadi artıma mane olur.

Hökumət mollası, ötən günlərdə fəaliyyəti dayandırılan “Ayənde Bank”ın vəziyyətini çox acınacaqlı adlandıraraq deyib ki, “düzgün idarə olunmayan bank şəbəkəsi ilə inflyasiyanı nəzarətdə saxlamaq mümkün deyil”.

O, maliyyə siyasətindəki uğursuzluqları, büdcə kəsirini və hökumətin bank resurslarına davamlı müdaxiləsini kəskin tənqid edib. 

Deyəsən, inflyasiya ilə mübarizə üçün növbəti addım da yəqin belə olacaq: “Əziz möminlər, inflyasiyaya qarşı duaları gücləndirin, çünki Mərkəzi Bankın gücü çatmır”.

visiontv.az