İran parlamentinin üzvü Seyid Mahmud Nəbəvian ABŞ ilə bağlı diqqətçəkən açıqlama verib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp üçüncü bir ölkə vasitəsilə İrana mesaj göndərərək, ölkə daxilində iki hədəfə zərbə endirməyə “icazə” verilməsi təklifini irəli sürüb.
Nəbəvian bildirib ki, Tehran bu mesaja qətiyyətli cavab verib: “Biz dedik ki, bu qədər. Ən kiçik bir səhvə yol versəniz, 3–4 min itki verəcəksiniz”.
Millət vəkilinin sözlərinə görə, ölkənin xarici işlər nazirinə region dövlətlərinin xarici işlər nazirləri ilə əlaqə saxlamaq tapşırılıb. Eyni zamanda rəsmi şəkildə xəbərdarlıq edilib ki, ABŞ-nin adı ilə əlaqəli olan və ya Amerikanın mövcud olduğu istənilən şirkətə və ya hərbi bazaya zərbə endiriləcək.
visiontv.az