"İran Azərbaycan və Türkiyəyə heç bir zərbə endirməyib"
21.05.2026

İran Ali Hərbi Şurasının sədri, Ali dini rəhbərin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi müsahibəsində deyib: "Müharibə başlayandan bu günə qədər müxtəlif mərkəzlər İranı Azərbaycan və Türkiyə ilə üz-üzə gətirmək üçün əllərindən gələn hər şeyi etdilər.

Biz Azərbaycana hər şeyi izah etdik və onlar da bunu anladılar. Azərbaycan İrana humanitar yardım göndərdi və müxtəlif təxliyə tədbirləri üçün humanitar dəhliz yaratdı. Bunun özü olduqca böyük addım və dəstəkdir. İran bunu yüksək dəyərləndirir. Ermənistan bizə dost ölkədir, Ermənistanın  Avropa ilə münasibətlərini normal qarşılayırıq, çünki Avropa müharibədə ideal olmasa da, qənaətbəxş davrandı. Buna baxmayaraq, Ermənistanın  ABŞ əsgərini bölgəyə gətirmək istəyi İran üçün suallar doğurur".

visiontv.az