"İran Laçın dəhlizində Azərbaycanın post qoymasına qarşıdır"
"İran Laçın dəhlizində Azərbaycanın post qoymasına qarşıdır"
24.03.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

İran PUA Ermənistanın hava məkanından istifadə etməsinə razılıq verilməsi birbaşa Azərbaycana qarşı hərbi təxribatın həyata keçirilməsinə hazırlıqdı. İran Laçın dəhlizində Azərbaycanın post qoymasına qarşıdır və bunun üçün Ermənistanı Azərbaycana qarşı təxribatlara təhrik edir.

Qeyd edim ki, Rusiyada İranın Ermənistana dəstəyini və Azərbaycana qarşı həyata keçirdiyi hərbi-kəşfiyyat və təzyiq siyasətinə dəstək verir. 

İran destruktiv addımlarını davam etdirəcəksə, İsrail ranın hərbi və strateji obyektlərinə zərbələr endirə bilər. İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Ermənistana gəlir. İran Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənməyə çalışır. 

İran Azərbaycana qarşı Ermənistan üzərindən hərbi təhdidlər həyata keçirir. ABŞ və Avropa İttifaqı İranın bu kimi siyasətinə seyrçi qala bilməz. Vaşinqtonun Ermənistana təzyiqlər etməsi üçün rəsmi Bakı Ağ Evlə ciddi təmaslara keçməlidir. 

İranın bu təhdidlərini Türkiyə neytrallaşdıra bilər. Baş verən proseslər Türkiyənin geosiyasi maraqlarını təhdid edir. 

Siyasi şərhçi Məhəmməd Əsədullazadə
Visiontv.az