İran Kürdüstan Demokratik Partiyasının rəsmi saytında dərc olunan “Böyük Kürdüstan” xəritəsində Güney Azərbaycanın Qərbi Azərbaycan əyaləti bütövlükdə Kürdüstan ərazisi kimi göstərilib.
Bu, kürd təşkilatlarının bölgə ilə bağlı ərazi iddialarını yenidən gündəmə gətirib.
Məlumata görə, cari ilin əvvəlində İranda keçirilən etiraz aksiyaları fonunda da kürd təşkilatları tətil çağırışları ilə bağlı bəyanatlarında oxşar iddialar səsləndiriblər.
İran Kürdüstan Partiyasının həmin bəyanatında “Makudan Loristana qədər, bir millət, bir ölkə” ifadəsi işlədilib, Qərbi Azərbaycan və Lorestan əyalətləri Kürdüstan torpaqları kimi təqdim olunub. (Araz News)
Qeyd edək ki, 1979-cu ildə Pəhləvi sülaləsinin devrilməsindən sonra da Kürdüstan Demokratik Partiyası daxil olmaqla, kürd təşkilatlarının Qərbi Azərbaycan ərazisinə dair iddialarla çıxış etdiyi bildirilir.
visiontv.az